Cəlilabad sakinindən tapança aşkarlandı

Sosial

27.02.2025 13:49

2159

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 45 yaşlı Cavid Niftioğlu saxlanılıb.

TodayPress xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxsdən 1 ədəd "Beretta" markalı tapança aşkarlanıb.

Məhkəmənin qərarı ilə C.Niftioğlu barəsində həbs qətimkan tədbiri seçilib.

tag: Hadisə,Cəlilabad,Polis,DİN,todaypress.az,