Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadları aradan qaldırıldı
Sosial
22.01.2025 17:20
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadlarını aradan qaldırıb.
TodayPress xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, ötən gün Göygöl rayonunda, yolun 2-ci km-lik hissəsində yamacdan torpaq qatının yolun hərəkət hissəsinə doğru sürüşməsi baş verib.
Dərhal əraziyə Agentliyin Göygöl rayonu üzrə tabeli təşkilatının xüsusi texnikası və canlı qüvvəsi səfərbər olunub.
Qısa müddətdə yolun hərəkət hissəsi torpaq qatından təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.
tag: Yol,Sarısu,Sürüşmə,Hadisə,Cəmiyyət,