Çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğradı
Təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
TodayPress xəbər verir ki, hadisə Babək rayonu ərazisində qeydə alınıb.
Belə ki, qəza
üçün çağırışa gedən 75-AC-255 dövlət nömrə nişanlı "Mercedes" markalı
təcili tibbi yardım avtomobili 75-BF-044 dövlət nömrə nişanlı
"Mercedes" avtomobili ilə toqquşub.
Qəza zamanı
təcili tibbi yardım avtomobilində olan Bəbək rayon Zeynəddin kənd sakini,
1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini,
1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.
Onlar Naxçıvan
Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə
polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
tag: Naxçıvan, Babək, Təcili Yardım, Mercedes, todaypress.az,