Buzlu yollarla bağlı piyadalara XƏBƏRDARLIQ

Sosial

21.02.2025 10:15

1368

Yolların buz bağlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi piyadalara tövsiyə edib.

TodayPress xəbər verir ki, tövsiyyədə deyilir:

Ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

Ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

Sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun;

Yıxılanda özünüzü toparlayın,qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

Sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.

tag: Yol,Buz,FHN,Ayaqqabı,Sürüş,todaypress.az,