Buraxılış imtahanlarında 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparılıb
“Bu il martın 2-də və 9-da keçirilən tam 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında markerlər 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparıblar”.
TodayPress xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov bunu KİV nümayəndələrinin 8 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesi”ni müşahidə etmək üçün təşkil olunan mediator zamanı deyib.
Onun sözlərinə görə, bir tapşırığın iki marker tərəfindən yoxlanıldığı nəzərə alsaq, 3,5 milyona yaxın qiymətləndirmənin həyata keçirildiyi məlum olur.
Töhfə Səməd
tag: İmtahan,DİM,Qiymət,Milyon,Todaypress.az,