“Bu şəxslər “psixoloq” adı altında dəyərlərə zərbə vururlar” – SOSİOLOQDAN ÇAĞIRIŞ

Sosial

22.04.2025 16:50

22

“Psixoloqların əksəriyyəti heç bir təhsil almadan, yalnız şəxsi təşəbbüslə xidmət göstərirlər”.

Sosioloq Elçin Bayramlı bunu TodayPress-ə danışarkən bildirib. 

“İddia olunur ki, onların bəziləri xarici dairələr və ya müəyyən təşkilatlar tərəfindən bu istiqamətdə yönləndirilib. Hətta bu “psixoloqların” ailə institutunun zəiflədilməsi, gənclər arasında özbaşınalığın təşviqi və “qadın hüquqları” adı altında ailə dəyərlərindən uzaqlaşdırma kimi fəaliyyətlərə cəlb olunduğu da bildirilir.  Digər tərəfdən biz görürük ki, bəzi hallarda açıq şəkildə əxlaqsızlıqla məşğul olan şəxslər sosial şəbəkələrdə “psixoloq” adı ilə çıxış edərək ictimai rəyə təsir göstərməyə çalışırlar. Onlar əvvəlcə müəyyən maliyyə vəsaiti ayıraraq televiziya kanallarında görünür, daha sonra sosial mediada izləyici auditoriyasını genişləndirirlər”.   

Sosioloq vurğulayıb ki, bu fəaliyyət sahəsində lisenziya sistemi yoxdur, nəzarət mexanizmləri isə yetərincə zəifdir. Bu səbəbdən də minlərlə dələduz, fırıldaqçı “psixoloq” heç bir hüquqi məsuliyyət daşımadan cəmiyyətə mənəvi zərbə vurmağa davam edir.

Elçin Bayramlı yalnız bu sahə üzrə təhsil almış və lisenziyaya malik psixoloqların fəaliyyətinə icazəsi verilməsini, digərlərinin isə qanunla cəzalandırılmasını təklif edib. Sonda qeyd edib ki, bu işlə məşğul olan şəxsin hər şeydən əvvəl öz psixologiyası yerində olmalıdır.

Türkan İsgəndərli

tag: Elçin Bayramlı,Sosioloq,Psixoloqlar,Açıqlama,Todaypress.az,

photo