Bu ilin sentyabrı dünyada ikinci ən isti ay oldu
Sosial
15.10.2024 07:43
2024-cü ilin sentyabrı dünyada ikinci ən
isti ay olub.
TodayPress xəbər verir ki, bu barədə Avropanın
“Kopernik” İqlim Dəyişikliyi Xidmətinin məlumatında deyilir.
Xidmətdən verilən məlumata görə, orta aylıq temperatur
16,1 dərəcə təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,2 dərəcə azdır.
2024-cü ilin sentyabrı rekord isti aylara görə dünyada ikinci yerdə qərarlaşıb.
Statistikaya əsasən, dünyada iqlim normasından yayınma
0,7 dərəcə Selsi olub.
Qeyd edək ki, orta aylıq norma 30 illik (baza) dövr
ərzində istənilən ayın orta temperaturudur. Cari hesablamalar Ümumdünya
Meteorologiya Konqresinin tövsiyələrinə əsasən, 1991-2020-ci illər üçün
məlumatlar əsasında aparılır. Yayınma norma ilə faktiki orta aylıq temperatur
arasındakı fərq kimi hesablanır.
tag: Sentyabr, İsti, Ekologiya, Meteorologiya, todaypress.az,