Bu il Qaynar Xəttə 400-dən çox zorakılıqla bağlı zəng daxil olub
Sosial
02.12.2024 11:06
“Uşaqlar təkcə öz yaşıdlarından yox, həm də müəllimləri, məktəb rəhbərləri, bəzən isə psixoloqlar tərəfindən bullinqə məruz qalır”.
TodayPress xəbər verir ki, bunu "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Qadın Dəstək Xəttinin rəhbəri Kəmalə Aşumova “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, müəllim-valideyn-uşaq subardinasiyasının olmaması bu gün olduqca narahatlıq yaradır.
Valideynlərin cəzalandırılması məsələsi də hələ tam olaraq qanunvericilikdə mövcud deyil. Buna görə də valideyn uşağa necə təsir edirsə, şagirdlər də o formada rəftar edirlər. Məhz bu səbəbdən validenylərlə daha çox işləməli, onların savadlılığının artırılması istiqamətinə yönəlməliyik.
“Təəssüflər olsun ki, bu gün hər kəs hər şeyi edir. Lakin pərakəndəlik olduğuna görə, kəskin nəticələri görə bilmirik. Birgə fəaliyyət olduqca vacibdir”.
Bu il 2700-dən çox müraciət daxil olub. Onlardan 400-dən çoxu zorakılığa məruz qalanlardır.
Töhfə Səməd
tag: Qaynar Xətt, Valideynlər,Uşaqlar, Gənclər, Kəmalə Aşumova, todaypress.az,