Bu il nə qədər fitrə zəkatı verilməlidir? - QMİ açıqladı
Ramazan ayının oruc tutmaqla yanaşı, daha bir vacib əməli də fitrə zəkatının çıxarılmasıdır.
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı Samid Quliyev TodayPress-in sorğusuna cavab olaraq bildirib ki, bu il fitrə zəkatı 5-10 manat dəyərində təyin olunub.
“Bayram gecəsi təzə ayın əvvəli olması sübuta yetdikdən sonra adambaşına 3 kq buğda, arpa, un, xurma və s. ərzaqların qiyməti hesablanaraq fitrə çıxarılır. Fitrə minimum 5-10 manat civarında müəyyən edilir. Bunu bazardakı qiymətlə də tənzimləmək mümkündür. Bir insanın maddi imkanı genişdirsə, müəyyən olunmuş məbləğdən artıq da fitrə çıxara bilər”.
Qeyd edək ki, bu il Ramazan bayramı 30-31 mart tarixlərinə təsadüf edir.
Töhfə Səməd
tag: Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan, Din Xadimləri,Fitrə,Zəkat,Ramazan,Bayram,Todaypress.az,