Bu gündən minimum aylıq maaş 400 manat oldu

Sosial

01.01.2025 11:00

Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqı ilə bağlı imzaladığı Sərəncam bu gündən qüvvəyə minib.

TodayPress xəbər verir ki, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

Qeyd edək ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən bugünədək 345 manat təşkil edirdi.

tag: Prezident ,İlham Əliyev,Minimum,Əmək haqqı,Sərəncam ,todaypress.az,