Bu gün Bakının iki rayonunda qaz olmayacaq
Sosial
03.06.2024 10:43
Bu gün Bakının Sabunçu və Qaradağ rayonlarının qaz təchizatında
fasilə yaranacaq.
Bu barədə TodayPress-ə Azərbaycan Dövlət Neft Şirkətinin
(SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 3-də saat 10:00-dan etibarən Sabunçu
rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yeraltı qaz xəttinin
tıxaclanması, Yeni Ramana qəsəbəsində və saat 11:00-dan Qaradağ rayonunun Ələt
qəsəbəsində orta təzyiqli qaz xətlərinin hava kompressoru vasitəsilə kipliyə
sınaq olunması məqsədi ilə qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu,
Bakıxanov qəsəbəsinin Neftçilər, N.İsmayılov, Sülh küçələrinin, Ramana qəsəbəsinin
Deputat, Tolstoy, Qarayev, Bünyatzadə küçələrinin və Qaradağ rayonunun Ələt qəsəbəsinin
qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
tag: Qaz, Sabunçu, Qaradağ,Bakıxanov, Təchizat, todaypress.az,