Bu gün Azərbaycanda Aşuradır
Sosial
16.07.2024 10:31
Bu gün İslam təqvimi ilə Azərbaycanda Aşuradır.
TodayPress xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü iyulun 16-na təsadüf edib.
Məhərrəm ayının 10-cu günü Həzrət Məhəmmədin (s) nəvəsi, Həzrət Əli (ə) və Xanım Fatimənin (s.ə) oğlu, müsəlmanların 3-cü imamı - İmam Hüseyn (ə) və tərəfdarları Kərbəlada Yezidin göndərdiyi qoşun tərəfindən şəhid edilib. Həmin qanlı hadisələrdən əsirlər ötməsinə baxmayaraq, hər il Aşura müsəlmanlar tərəfindən matəm günü kimi qeyd edilir.
Xatırladaq ki, Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Burada əsas məqsəd tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsidir.