Bu gecə Sumqayıtın bəzi ərazilərində işıq kəsiləcək
Bu gecə Sumqayıt şəhərinin bir sıra
yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
TodayPress xəbər verir ki, bu barədə "Azərişıq"
ASC məlumat yayıb.
Bildirilir ki, Sumqayıt RETSİ-nə (Rayon Enerji Təchizatı
və Satışı İdarəsi) daxil olan bəzi ərazilərdə 10/35/6 kV-luq 135 saylı
yarımstansiyada həyata keçirilən profilaktik təmir işləri ilə əlaqədar
oktyabrın 30-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq, saat 00:00-dan saat 03:00-dək
Sumqayıtın 3, 7-8-12, 10, 15, 16, 21, 22, 29, 36, 39, 41a, 41, 42, 76-cı
məhəllələr, 1, 2, 3, 4, 8-ci mikrorayonlar, İnşaatçılar, Katec qəsəbələrində
elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
tag: Sumqayıt, İşıq, Stansiya, Yanacaq, İnşaatçılar, todaypress.az,