Bu 4 qida hər il Avropada 2,7 milyon insanı öldürür
Ümumdünya Səhiyyə Təşkilatı Avropada hər il 2,7 milyon insanın ölümünə səbəb olan dörd qida növünün adını açıqlayıb.
TodayPress xəbər verir ki, ÜST-nın Avropa Ofisinin bəyanatında tütün, alkoqol, qalıq yanacaqlar və ultra emal olunmuş qidaların insan həyatı üçün son dərəcə təhlükəli olduğu bildirilir.
“Dörd məhsul - tütün, ultra emal olunmuş qidalar, qalıq yanacaqlar və spirt - dünyada hər il 19 milyon insanın ölümünə və ya bütün ölümlərin 34 faizinə səbəb olur. Təkcə Avropa regionunda bu sənayelər hər il 2,7 milyon insanın ölümünə tam və ya qismən cavabdehdir” deyə sənəddə deyilir.
GÜNEL
tag: ÜST,Avropa , Ultura-emal, Tütün, todaypress.az,