Braziliyada təyyarə avtobusa çırpılıb, ölənlər var
Fevralın 7-də Braziliyanın San-Paulu şəhərində kiçik təyyarə qəzaya uğrayıb.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə təyyarə şəhərin qərbindəki “Avida Markes de San Vinsente” prospektində sərnişin avtobusuna çırpılıb.
Qəza yerində iki nəfərin cəsədi tapılıb. Digər qurbanlar barədə məlumat hələlik yoxdur. Hadisənin baş verdiyi əraziyə giriş bağlanıb, xilasetmə işləri davam edir.
Qeyd edək ki, təyyarə səhər saat 07:15-də şəhərin şimalında yerləşən “Kampo-de-Marte” hava limanından havaya qalxıb. 07:20-də Barra-Funda rayonunda sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, təyyarə məcburi eniş etməyə çalışıb və bir neçə nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində yalnız təyyarə deyil, avtobus və avtomobillər də yanıb.
Qiymət Mahir
tag: Qəza,Təyyarə,Braziliya,Nəqliyyat,Todaypress.az,