Braziliya qəzaya uğrayan təyyarənin “qara qutu”larında olan məlumatı Qazaxıstana göndərdi

Sosial

07.01.2025 04:45

1051

Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin “qara qutu”larının oxunmasını tamamlayıb.


TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.


Məlumata görə, “Embraer” təyyarəsinin məlumatları qəzanı araşdıran Qazaxıstanın müvafiq orqanına göndərilib.

 

tag: Aktau, Qazaxıstan, Təyyarə, Qəza, Qara Qutu, todaypress.az,