Böyrəkləri məhv edən tərəvəz
Sosial
04.02.2025 17:11
Rəvənd bitkisinin şirin və turş dadı çoxlarını cəlb edir. Lakin tərkibində olan oksalat turşusu bizi bu tərəvəzlə bağlı ehtiyat tədbirləri haqqında düşünməyə vadar edir.
TodayPress məlumat verir ki, bu məhsulun potensial təhlükələri barədə araşdırma aparılıb.
Araşdırma zamanı müəyyən edilib ki, rəvəndin tərkibində olan oksalat turşusu, xüsusən də xəstəliyə meylli insanlarda böyrək daşlarının meydana gəlməsinə səbəb ola bilər. Oksalat turşusunun ən yüksək konsentrasiyası rəvəndin yarpaqlarında olur.
Bununla belə, rəvəndin kökləri yaxşı ödqovucu və işlədici keyfiyyətə malikdir. Bitkidən işlədici kimi istifadə etdikdə onun yarpaqları 100 qramdan çox olmamaq şərtilə çiy şəkildə yeyilməlidir.
Bitkidən, həmçinin bağırsaqların fəaliyyətini normalaşdırmaq, büzücü effekt əldə etmək üçün istifadə edildikdə sutkalıq miqdarı 2,5 qramdan çox olmamalıdır.
Rəvənddən hazırlanan kompot həzmi yaxşılaşdırır, orqanizmi tonuslandırır.
Rəvəndin spirtli çıxarışı daha çox işlədici təsirə malikdir. Bununla yanaşı antiseptik, iştahaartırıcı, köp və iltihab əleyhinə təsir göstərir, qızdırmasalıcı təsiri var.
Nicat Osman
tag: Rəvənd,Şəkər ,Bal,Sağlamlıq,Todaypress.az,