Böyrək xəstəliklərinin gizli simptomları

Sosial

03.03.2025 18:45

1174

Böyrək xəstəlikləri bəzən simptonlarını büruzə verməyə bilər. 

TodayPress xəbər verir ki, üz və ayaqların şişməsi, iştahsızlıq, sidikdə qan, hərarət, təzyiqin qalxması və bel ağrıları böyrək problemlərinə işarədir.

Həmçinin sidik ifrazında çətinlik və ya tez-tez sidiyə çıxma kimi sistitə bənzər simptomlar da ola bilər.

Xəstəlik çox vaxt simptomsuz inkişaf etsə də, qan və sidik analizləri ilə erkən aşkarlanması mümkündür. 

Xüsusilə, risk qrupundakı insanlara mütəmadi tibbi müayinədən keçməyi tövsiyə edilib.

Qeyd edək ki, zoğalın böyrək xəstəliklərində faydalı ola biləcəyi sübut olunub. 

Nicat Osman

tag: Böyrək,Xəstəlik,Tibb,Sağlamlıq,todaypress.az,