"Boranı" restoranında baş verən yanğın söndürüldü- YENİLƏNDİ

Sosial

14.03.2025 10:38

2187

Bakıda "Boranı" restoranında baş verən yanğın söndürülüb.

Bu barədə TodayPress-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Əhmədli" metrostansiyası yaxınlığında restoranın tüstü bacasında baş vermiş yanğın qısa müddətdə söndürülüb.

***

10:20

Bakıda "Boranı" restoranında yanğın başlayıb.

Bu barədə TodayPress-ə FHN-dən məlumat verilib. 

"112" qaynar telefon xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

tag: FHN,Yanğın,Yardım,Partlayış,Todaypress.az,