Bölgələrdə 8 dərəcəyədək şaxta qeydə alındı - FAKTİKİ HAVA

Sosial

12.01.2025 12:00

Yanvarın 12-sində gündüz saatlarının faktiki havası açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata görə, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Qərb küləyi əsib, arabir Qobustanda 16 metr/saniyəyədək güclənib.

Sumqayıt, Pirallahı, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Naxçıvan, Quba, Şabranda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

tag: Hava, Şaxta, Qar, Külək,todaypress.az,