Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verildi
Azərbaycanəsilli bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib və barəsində qiyabi həbs qərarı çıxarılıb.
Bu barədə TodayPress "TASS"a istinadən xəbər verir.
H.Həsənov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsi (çirkli pulların yuyulması) ilə qiyabi ittiham olunub. Hazırda həbs qərarından apellyasiya şikayəti verilir.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bloger axtarışda olanlar siyahısına salınıb.
tag: Bloger, Rusiya, Azərbaycan, Çirkli Pul, Cinayət, Hüseyn Həsənov, todaypress.az,