Bir ailənin 4 üzvü qidadan zəhərləndi

Sosial

06.09.2024 20:18

1154

Goyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.


TodayPress xəbər verir ki, Göyçayın Xəlitli kənd sakinləri - Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.


Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.


İkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər.


Faktla bağlı araşdırma aparılır.

tag: Göyçay,Qida,Zəhərlənmə, Lavaş,todaypress.az,