Binəqədidə yaşayış binasında yanğın baş verdi
Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 15 m² sahədə yanıb.
Bu barədə TodayPress-ə FHN-dən bildirilib.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
tag: Yanğın,FHN,Operativ,Sutka,Xilasetmə,Todaypress.az,