Binəqədidə silah-sursat aşkarlandı

Sosial

05.03.2025 12:04

2822

Binəqədi rayonunda silah-sursat aşkarlanıb.

Bu barədə TodayPress-ə DİN-dən məlumat verilib.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində yerləşən qəsəbələrin birində 1 avtomat silahı və 27 patron tapılaraq götürülüb.

Araşdırma aparılır.

tag: Binəqədi, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,