Binəqədi rayonunda baş vermiş yanğın zamanı 5 ağaca ziyan dəydi
20 aprel 2025-ci il tarixində Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, “Tayqa” marketin anbarında baş verən yanğın zamanı 5 ağacın yanaraq məhv olması nəticəsində təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Bu barədə TodayPress-ə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib.
O qeyd edib ki, faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilməsi üçün hazırlanır.
tag: Binəqədi,Yanğın,Ağac,Ziyan,Todaypress.az,
