Binədə yataqxanada yanğın - Sakinlər xilas edildi
Fövqəladə Hallar
Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu,
Binə qəsəbəsi ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş
verməsi barədə məlumat daxil olub.
TodayPress xəbər verir ki,
məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi
Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat
şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yataqxana binasının dördüncü
mərtəbəsindəki mənzildə baş verdiyi və sakinlərdən bir neçəsinin binanı tərk
edə bilməməsi səbəbindən təhlükəli vəziyyətlə üz-üzə qaldığı müəyyən edilib.
Yanğınsöndürənlərin
çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə
keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Həmçinin, xüsusi
təyinatlı texnikanın - avtokranın tətbiqi ilə yuxarı mərtəbələrdə təhlükədə
qalmış sakinlər xilas ediliblər.
Yanğın nəticəsində ümumi
sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb, yüksək
temperaturdan ümumi dəhlizin divarları 20kv.m. sahədə deformasiya edib.
Digər mənzillər
yanğından mühafizə olunub.
tag: FHN, Binəqədi, Yanğın, Sakin, Mənzil, Bina,todaypress.az,