Biləsuvarda zəncirvari qəza oldu, xəsarət alan var
Biləsuvar rayonunda
yol-nəqliyyat qəzası baş verib.
TodayPress “Unikal”a istinadən bildirir
ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki,
"Mercedes" markalı minik avtomobili sürüşərək, yol kənarına aşıb.
Nəticədə sürücü A. Həsənov xəsarət alıb.
Daha sonra ona
köməyə gələn "Niva" markalı minik avtomobili də qəzaya düşüb. Bundan
sonra həmin "Niva"nı da başqa avtomobil vurub. Hadisəyə ilkin səbəb
kimi qarlı hava şəraiti göstərilir.
Faktla bağlı
araşdırma aparılır.
tag: Biləsuvar, Nəqliyyat, Qəza, Yol, Hadisə, Xəsarət, todaypress.az,