Biləsuvarda ticarət mərkəzində mübahisə: Bir nəfər bıçaqlandı

Sosial

05.04.2025 23:20

2644

Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.

TodayPress xəbər verir ki, Biləsuvar rayonunda yerləşən ticarət mərkəzində baş verən insident nəticəsində bir nəfər bıçaqlanıb.

 

Hadisə 2003-cü il təvəllüdlü, rayon sakini Samir Ruslan oğlu Abbaszadə ilə ticarətçi Babayev İkram Cavanşir oğlu Babayev arasında yaranmış mübahisə zəminində baş verib.

 

Mübahisə zamanı Babayev İkram, Samir Abbaszadəyə bıçaqla xəsarət yetirib. Yaralı dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

tag: Biləsuvar, Bıçaqlanma, Hadisə, Xəstəxana, todaypress.az,