Biləsuvarda "Kalaşnikov" aşkarlandı
Biləsuvar
rayonunda "Kalaşnikov" avtomatı aşkarlanıb.
TodayPress xəbər verir ki, Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndinin
ərazisində bağlamanın içərisində silah-sursat tapılması barədə polisə məlumat
daxil olub.
Biləsuvar Rayon
Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı
oradan 1 ədəd AKM-74 markalı avtomat, 59 ədəd patron darağı və 2 003 ədəd
patron aşkarlanaraq götürülüb.
Fakt üzrə
araşdırma aparılır.
tag: Balakən, Kalaşnikov, Avtomat, Polis, DİN, Patron, todaypress.az,