Biləsuvarda güllələnən şəxsin vəziyyəti açıqlandı- YENİLƏNDİ
Biləsuvar rayonunda ov tüfəngindən xəsarət alan şəxsin səhhəti açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, martın 2-də saat 13:00 radələrində xəsarət alması səbəbilə 1983-cü il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sağ aşağı ətrafın və qarının ön divarlarının çoxsaylı yarası diaqnozu təyin edilib.
Hazırda xəsarət alan şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyəti stabil olaraq qiymətləndirilir.
xxx
15:17
Martın 2-də saat 12:45 radələrində Biləsuvar rayonu ərazisində 1983-cü il təvəllüdlü Elməddin Cəfərova ov silahı ilə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
TodayPress xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb.
Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.
Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
xxx
14:42
Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.
TodayPress "Report"a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri, Nizami küçəsində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu öz həmyerlisi güllələyib.
Ayağından xəsarət alan yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
tag: Biləsuvar,Güllələnmə,Hadisə,Cinayət,todaypress.az,