Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlandı
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş
verib.
TodayPress xəbər verir ki, hadisə rayonun Aranlı kəndi
ərazisində qeydə alınıb.
Belə ki, mikroavtobusda rayonun Çinarlı kənd sakini,
2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi və qohumu, 2006-cı il
təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.
Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, yanvarın 25-də saat 11 radələrində Biləsuvar rayonu ərazisində 2006-cı il təvəllüdlü V.Həmidliyə kəsilmiş deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisəni törədən və zərərçəkən yaxın
qohumdur. Bıçaqlanan V.Həmidlinin atası 1975-cil il təvəllüdlü Cavid Həmidov
2023-ci ildə bacısının həyat yoldaşı 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi
güllələyərək qətlə yetirib.
tag: DİN,Biləsuvar, Hadisə,Xəsarət, todaypress.az,