Biləcəridə avtomobil iki bacını vurdu, biri öldü

Sosial

04.10.2024 10:16

Binəqədi rayonunda avtomobil iki piyadanı vurub.

TodayPress xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsində baş verib.

Məlumata görə, Aqil Səmədov idarə etdiyi "Mercedes Benz Axor" markalı qoşqulu yük avtomobili ilə Cəmilə Eyvazova və bacısı Elmira Eyvazovanı vurub.

Hadisə nəticəsində Cəmilə Eyvazova ölüb.

Faktla bağlı araşdırılma aparılır.

tag: Binəqədi, Yol Hadisəsi, Ölüm, Araşdırma, Cinayət ,todaypress.az,