Bəzi yerlərdə yağış yağacaq - SABAHIN HAVASI

Sosial

21.01.2025 12:53

Bakıda və Abşeron yarımadasında yanvarın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata görə, axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq.

Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.

Lakin axşam bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.

tag: Hava, Yağışlı, Temperatur, Rütubət, Şimşək, todaypress.az,