Bəzi rayonların yollarını buz bağlayacaq

Sosial

23.02.2025 15:15

1506

Avtomobil yollarında vəziyyət açıqlanıb.

TodayPress xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, fevralın 24-də ölkə ərazisində qeyri-sabit, şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 100-500 metrədək məhdudlaşacağı ehtimalı var.

Bəzi yerlərdə yollar buz bağlayacaq.

tag: Avtomobil ,Yol,Buz,Şaxta,Milli Hidrometeorologiya Xidməti,todaypress.az,