Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Sosial
12.12.2024 20:19
Bəzi ərazilərin qaz
təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə TodayPress-ə "Azəriqaz"
İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Digah-Bilgəh" orta təzyiqli qaz
kəmərində aşkar olunmuş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədi ilə
13.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması
planlaşdırılır.
"Həmçinin Şəki rayonu ərazisində M.Ə.Rəsulzadə
prospektində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədi ilə
13.12.2024-cü il saat 09:30-dan etibarən işlər başa çatanadək “Şəki” QTM-dən
qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Sabunçu
rayonu üzrə Pirşağı qəsəbəsinin, Ləhiş bağlarının və 2-ci Sovxoz ərazisinin,
Şəki şəhərinin və rayonun İnçə, Qoxmuq, Oxud kəndlərinin qaz təchizatında
müvəqqəti fasilə yaranacaq" məlumatda vurğulanıb.
tag: Qaz, Fasilə, Azəriqaz, Sovxoz, Şəki, todaypress.az,