Bəzi çaylarda sululuq artdı

Sosial

16.05.2025 09:46

47

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb. 

Bu barədə TodayPress-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 16-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. 

Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 35 sm, Katexçayda 19 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 7 sm, Əsrikçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 9 sm, Tərtərçayda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 6 sm artım qeydə alınıb. 

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 26 sm artıb, su sərfi 763 m3/san olmaqla normanın 102%-ni, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 46 sm artıb, su sərfi 339 m3/san olmaqla normanın 167%-ni təşkil edir. 

Yaxın günlərdə gözlənilən yağıntılar ilə əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

tag: Çay, Sululuq, Səviyyə, Yağış, Milli Hidrometeorologiya Xidməti, todaypress.az,