Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi
Beynəlxalq axtarışda olan
şəxs Azərbaycana gətirilib.
Bu barədə TodayPress-ə
Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğun
vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən «Mülki, ailə və
cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında»
22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan
Respublikası vətəndaşı Məmmədov Ramil Məhərrəm oğlunun ekstradisiyası haqqında
qərar qəbul olunub.
Qeyd edilib ki, Bakı şəhəri Xəzər
rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş
cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən,
təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə
barəsində beynəlxalq axtarış elan edilib.
Ramil Məmmədov Gürcüstanın ərazisində
saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun
müşayiəti ilə bu gün Azərbaycana gətirilib.
tag: Axtariş, Beynəlxalq,