Beynəlxalq axtarışda olan Hindistan vətəndaşı Monakoya təhvil verildi
Monako Knyazlığının
hüquq mühafizə orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə
təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1991-ci il təvəllüdlü
Hindistan Respublikasının vətəndaşı Rathore Devanshunun verilməsinə dair Monako
Knyazlığının səlahiyyətli orqanının vəsatəti baxılması üçün Baş Prokurorluq
tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu barədə TodayPress-a Baş Prokurorluğun Mətbuat
xidmətindən bildirilib.
Qeyd olunan şəxs 2024-cü ilin iyun ayında ölkəmizdə
müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
"Ekstradisiya haqqında" Avropa Konvensiyasına
və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul
edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun
müşayiəti ilə Monako Knyazlığının səlahiyyətli orqanlarına təhvil verilib.
tag: Baş Prokurorluq, Hindistan, Monako,Avropa, todaypress.az,