Beyləqanda traktor və minik avtomobili toqquşdu
Beyləqanda traktor və
minik avtomobili toqquşub.
TodayPress xəbər verir ki, hadisə
Beyləqan-Daşburun avtomobil yolunun Əlinəzərli kəndi ərazisindən keçən hissəsində
qeydə alınıb.
Belə ki, "LADA Niva"
markalı minik avtomobili traktorun aqreqat qoşqusuna çırpılıb. Nəticədə bir
nəfər xəsarət alıb. Yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, 1 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1944-cü il təvəllüdlü şəxsə bazu sümüyünün aşağı ucunun mil-dirsək sümüyünün yerdəyişmiş açıq sınığı diaqnozu qoyulub.
Vətəndaş müayinə və müalicədən imtina
edərək yaxınları tərəfindən paytaxtdakı özəl tibb müəssisələrinin birinə
aparılıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Traktor, Toqquşma, Qəza, LADA, Niva, Beyləqan, todaypress.az,