Beyləqanda minik avtomobili ilə motosiklet toqquşdu

Sosial

07.10.2024 22:56

Beyləqanda minik avtomobili motosikletlə toqquşub.

TodayPress xəbər verir ki, hadisə axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayon Xalac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı "Mercedes" markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar Talıbov Aqşin Namiq oğlu və Vəliyev Rahib Rafiq oğlu Beyləqan rayonu Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan əldə edilən məlumata görə, yaralıların həyatı təhlükədə deyil.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.

 

tag: Qəza, Beyləqan, Mersedes, Motosiklet, todaypress.az,