Beyləqanda azyaşlı uşaq cərəyan vurması nəticəsində öldü
Sosial
10.07.2024 23:51
Beyləqanda cərəyan vuran
azyaşlı uşaq dünyasını dəyişib.
TodayPress xəbər verir
ki, hadisə rayonun Birinci Aşıqlı kəndində qeydə alınıb.
Belə ki, yaş yarımlıq Nigar
Əhmədova cərəyan vurması nəticəsində dünyasını dəyişib.
Məlumata görə, uşağın
ölümünə evin su təchizatına görə quraşdırılımış elektrik avadanlığı səbəb olub.
Faktla bağlı araşdırma
aparılır.
tag: todaypress.az, Beyləqan, Birinci Aşıqlı, Cərəyan, Azyaşlı,