Bəxtiyar Məmmədov: "Bənövşəyi” xəttin uzadılması prioritet olaraq qalır”
Sosial
30.01.2025 11:01
“Bakının metrosunda "Bənövşəyi” xəttin uzadılması hazırda prioritet məsələ olaraq qalır”.
TodayPress xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nın Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov juranlistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, “Bənövşəyi” xətt üzrə 6 stansiya açılacaq.
“Bu istiqamət Xırdalan, Masazır, Sumqayıt və Bakı-Şamaxı yolu üzərində yerləşən ərazidə yaşayan vətəndaşların ictimai nəqliyyata əlçatanlığını yaxşılaşdırmaq üçün nəzərdə tutulub” deyə o əlavə edib.
Töhfə Səməd
tag: Metro,Həzi Aslanov,Proses,Təmir,Todaypress.az,