Bəşir Süleymanlı həbs edildi
“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs
edilib.
TodayPress
xəbər verir ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Binəqədi
Rayon Məhkəməsi təqdimatı təmin edib.
Bəşir
Süleymanlı barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
O,
313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini
və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə) maddələri ilə ittiham olunur.
tag: Bəşir Süleymanlı, Həbs, Vəzifə, Saxtakarlıq, Pul, todaypress.az,