Bərdədə doğuş zamanı ana öldü, körpəsi sağ qaldı
Bərdə rayonunda doğuş zamanı 28 yaşlı ana ölüb, körpəsi sağ qalıb.
TodayPress xəbər verir ki, Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Füruzə Qaçaylı kəskin ağrılarla xəstəxanaya müraciət edib.
Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib.
Sonradan halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan körpə (oğlan) isə sağdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
tag: Bərdə,Ana,Doğuş,Ölüm,Todaypress.az,