Bərdədə dağıntı altında qalan qadın xilas olundu - YENİLƏNDİ
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.
TodayPress xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1 nəfər qadının dağıntı altında qaldığı müəyyən olunub.
Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan vətəndaş xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
***
11:58
Bərdədə yaşayış binasında uçqun olub.
TodayPress xəbər verir ki, hadisə Bərdə şəhər Təbriz küçəsində yerləşən iki mərtəbəli yaşayış binasında baş verib.
Binanın eyvan hissəsində baş verən hadisə zamanı uçqun altında bir qadının qaldığı bildirilir.
Hadisə yerinə aidiyyəti qurumun əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
tag: Bərdə,Uçqun,Eyvan,Yaralı,Todaypress.az,