Bərdədə avtomobil ağaca çırpıldı
Bərdə şəhərində "Chevrolet" markalı minik
avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində yanğınla
nəticələnən yol-nəqliyyat qəzası baş verib.
TodayPress xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Yanğın
nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları qismən
yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.
tag: Bərdə,Maşın, Ağac, Çırpılma, FHN, todaypress.az,