Bələdiyyə torpaqlarının qiymətini kim müəyyən edəcək? – AÇIQLANDI

Sosial

15.04.2025 17:38

18

"Bələdiyyələr artıq torpaqları qiymətləndirə bilməyəcəklər".

TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov danışıb.

O, Prezident İlham Əliyevin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna dəyişikliyi təsdiqlədiyini vurğulayıb:

“Dəyişikliklər bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə torpaqlarının ilkin qiymətinin müəyyənləşdirilməsi sahəsində yeni hüquqi mexanizmlər yaradır".

Deputat qeyd edib ki, yeni dəyişikliklərə əsasən, bələdiyyə torpaqlarının qiyməti artıq bilavasitə bələdiyyələr tərəfindən deyil, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq peşəkar qiymətləndiricilər tərəfindən müəyyən ediləcək.

"Bu isə o deməkdir ki, bələdiyyələr artıq torpaqları qiymətləndirə bilməyəcəklər. Yeni qanuna əsasən, bələdiyyə torpaqlarının qiyməti qiymətləndiricilər tərəfindən müəyyənləşdiriləcək. Bu dəyişiklik sözügedən sahədə şəffaflığın daha da gücləndirilməsinə, vətəndaşların torpaqlara əlçatanlığının artmasına, maraqların toqquşmasının qarşısının alınmasına və sui-istifadə hallarının aradan qaldırılmasına xidmət edəcək".

Qiymət Mahir

tag: Bələdiyyə,Torpaq,Qiymət,Deputat,todaypress.az,

photo