“BBC News Azərbaycanca” ofisini bağlanır
Bakıdakı “BBC News Azərbaycanca”nın ofisi bağlanır.
TodayPress xəbər verir ki, bu barədə "BBC"nin bu gün yaydığı açıqlamada deyilir.
Bildirilib ki, şirkət Azərbaycan XİN-dən şifahi göstəriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə qərar qəbul edib.
Qeyd edək ki, "BBC"nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.
tag: Bakı,BBC,News ,XİN,Azərbaycan dili,todaypress.az,