Bayramda zəhərlənənlərin sayı açıqlandı

Sosial

01.04.2025 10:44

2758

Bayram günlərində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 62 nəfər qəbul edilib. 

Bu barədə məlumat TodayPress-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib. 

“18.03.2025-ci il tarixindən 31.03.2025-ci il tarixinə qədər qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 62 nəfər qəbul edilib. Onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub. Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb” deyə məlumatda bildirilib. 

Qiymət Mahir

tag: Bayram,Zəhərlənmə,Kliniki Tibbi Mərkəz,Sorğu,Todaypress.az,