Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olundu

Sosial

23.07.2024 00:30

Ötən gün batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

TodayPress Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Buzovna” və “Neftçala” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

tag: FHN, Buzovna, Neftçala, Batma təhlükəsi, todaypress.az,